Xroniki yorğunluq sindromu

Xroniki yorğunluq sindromu 30-50 yaş arası insanları əhatə edir və qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Sindromlu şəxslərin əksəriyyətində əzələ və oynaq ağrısı, daimi yorğunluq və ən az 6 ay enerji çatışmazlığı olur.

Xroniki yorğunluq daim stres altında çalışan və fiziki sağlamlığına mənfi təsir göstərdiyi üçün özlərinə kifayət qədər vaxt ayıra bilməyən insanlarda daha çox meydana gəlir. Eyni zamanda, yuxu rejiminin olmaması, gecə işıqlı bir mühitdə yatmaq və ya daim oyanmaqla bağlı səbəblərdən yuxu keyfiyyətinin azalması kimi amillər sindromun inkişafında rol oynaya biləcək faktorlardandır. Xəstələr nə qədər istirahət etsələr də, daimi yorğunluq hissinin öhdəsindən gələ bilmirlər. Ona görə də bu vəziyyət 6 aydan çox davam edən xəstələr mütləq psixoloji və fizioloji dəstək üçün sağlamlıq müəssisələrinə müraciət etməlidirlər.