Vertigo (baş gicəllənməsi)

Vertigo latıncadan tərcümədə “dönmək” deməkdir. Başgicəllənmə bir xəstəlik deyil simptomdur, hansı ki, bir çox xəstəliklər zamanı xəstənin özünün dönməsi və ya ətrafın dönməsi şəklində ortaya çıxır. Baş dönməsi və müvazinəti itirmə halları xəstəxanaya müraciət edənlərin 2,4 % ni təşkil edir. Təcili yardıma müraciət edənlərin isə təxminən 26% i vertigo şikayəti olan xəstələrdir. Müvazinət pozulması şikayəti olan xəstələrin böyük əksəriyyəti orta və yaşlı qrup insanlardır.

Başgicəllənmənin etiologiyasında periferik vestibulyar patologiyalar əsas yer tutur. Bunlar: Xoş xassəli baş dönməsi (BPPV), Menyer, vestibulyar nevrit, labirintit, otoskleroz, perilimfa fistulu, vestibulyar migren, travmadır. Vertigonun digər etiolojı səbəbləri sırasında senkop, psixogenik başdönməsi, dərmanların yan təsiri, hipoperfuziya halları (şok,dehidratasiya), kardiovaskulyar patologiyalar kimi sistemik xəstəliklər də öz yerini tapmaqdadır. Bəzi metobolik patologiyalar da vardır ki, məsələn: Anemiya, hipotireodizm, hipertiroidizm, elektrolitik balansın pozulması. Bu hallarda da baş dönməsi şikayəti ortaya çıxır. Özünüzdə bu kimi hallar müşahidə etdikdə mütləq həkimə müraciət edin.Mərkəzimizin otonevrologiya üzrə mütəxəssisi, LOR Cərrah Op.Dr.Nigar Muradova xidmətinizdədir!

Araşdırmalar göstərir ki, başgicəllənmənin əsas səbəbi daxili qulaq mənşəli patalogiyalarla əlaqəlidir.