Valideynlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var. Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Məsələn, 8 yaşı olan uşağa 5-6 yaşda nəzərdə tutulmuş geyim alınır. Boyun ləngiməsinə təsir edən əsas səbəblər:
- Uşaqda hər hansı xroniki xəstəliklərin olması
- Qeyri-rasional birtərəfli qidalanma
- Orqanizmdə qurd-parazitin olması
- Fiziki hərəkətsizlik - hipodinamiya
- Psixoloji travmalar
- Boy hormonunun defisiti
İrsiyyət Uşağın boyunu artırmaq üçün nə etməli?
- Düzgün balanslanmış qida
- Fiziki aktivlik
- Normal yuxu
- Günəş şüaları və təmiz hava və s.