Elektroensefaloqrafiya (EEQ) müasir nevrologiya və pediatriyada geniş istifadə olunan müayinə metodlarından biridir. EEQ beynin fəaliyyətini qiymətləndirmək üçün əsas müayinə üsuludur. Beyin də daxil olmaqla mərkəzi sinir sisteminin əsas elementləri sinir hüceyrələri – neyronlardır. Onlar elektrik impulslarını keçirmək və yaratmaq qabiliyyətinə malikdirlər.
Bu müayinə nə vaxt aparılır?
- Yuxu pozuntuları: çətin yuxuyagetmə, yuxusuzluq, narahat yuxu, yuxuda gəzmək
- Enurez (yuxuda sidik saxlaya bilməmək)
- Qıcolma, epilepsiya (diaqnoz qoyulması, xəstəliyin izlənilməsi, müalicənin effektivliyinin təyin edilməsi)
- Doğuş travmasının, hipoksiyanın nəticələri, psixomotor inkişafın ləngiməsi
- Kəllə-beyin travmaları
- Beynin iltihabı xəstəlikləri (ensefalit, meningit)
- Vegeto-damar distoniyası, huşunu itirmə
- Baş ağrıları, başgicəllənmələr, xroniki yorğunluq
- Autizm
- Nitq pozuntuları, nitq inkişafının ləngiməsi, kəkələmə
- Davranış və diqqət pozuntuları, nevrozlar, panik həmlələr
- Beyin qan dövranı pozuntuları
- Uşaq serebral iflici
- Beyin şişləri
Müayinə necə aparılır?
Uşağın başı təmiz və quru olmalıdır. Uşağa elektrodlar birləşdirilmiş xüsusi papaq-dəbilqə geyindirilir və xüsusi dəliklərdən elktrod geli yeridilir. Prosedur uşağa heç bir narahatlıq vermir və tamamilə təhlükəsizdir. Ancaq hazırlıq prosesi uşağı qorxuda bilər. Bu səbəbdən evdə uşağa "sərgüzəştləri", məsələn güclü və sağlam olmaq üçün başına “sehirli dəbilqə” geyinəcəyi barədə danışmaq məsləhətdir. Böyük uşağa EEQ-nin necə və niyə edildiyini ətraflı izah edin. Erkən yaşlı uşaqlara müayinə adətən yuxu zamanı aparılır.
Leyla Medical Center-Pediatriya
Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group