Uşaq dırnaq yeyir deyə, onu danlamaq, ağlatmaq, qorxutmaq qətiyyən yolverilməzdir!
Övladınız dırnaq yeməyə başlayıbsa,ilk öncə həyatında hər hansı psixoloji gərginliyin olub-olmadığını aydınlaşdırın,vərdişin tərgidilməsi üçün səy göstərin,əgər alınmazsa mütləq həkimə müraciət edin.
Nə edə bilərik❓
- Şərti gigiyena vərdişlərini uşaqlarınıza öyrədin,
- Tez- tez əl yumaq vərdişi edinin,
- Dırnaqlarını tez- tez kəsin,
- Çiy meyvə və tərəvəzlərin yaxşı yuyulmadan yeyilməsinə icazə verməyin
- Ətin yaxşı bişməməsinə ,içməli suyun təmizliyinə diqqət edin
- Çirkli sularda çimilməməsinə, yalın ayaqla torpaqda gəzilməməsinə diqqət edin və s.
Dırnaq yemək vərdişi uşaqlarda çox kobud gigiyena pozğunluğu olduğu üçün parazitar xəstəliklər daxil olmaqla, mədə-bağırsaq infeksiyalarına da gətirib çıxara bilər.