Sənaye Təbabətimizdən Xəbərdar olan!

Leyla Medical Center, sənaye müəssisələrində işçilərə təcili və planlaşdırılan peşəkar xidmətlər, eyni zamanda əmədaşların tibbi təhlükəsizliyinin təminatı və istehsal risklərinin azaldılması üçün xüsusi proqramların tərtibi , mövcud vəziyyəti təhlil etmək və müvafiq tədbirlərin keçirilməsinə yönəlmiş geniş xidmətlər təklif edir. Sənaye Təbabəti şöbəsinin iş prinsipinin mühüm bir hissəsi iş prosesində baş verə biləcək xəsarətlərin qarşısının alınmasına yönəldilmişdir.

Əsas məqsədimiz peşə xəstəlikləri riskinin qarşısını almaq və əməkdaşlar üçün etibarlı iş mühitini təmin etməkdir. Bu səbəbdən Sənaye Təbabəti bölümümüz bu qaydaların həyata keçirilməsində çox vacib rol oynayır.

İş yerində xəsarət alan əməkdaşlara təcili və müntəzəm tibbi yardım göstərməyə hazırıq. Bunun üçün ayrılmış xüsusi Təcili Tibbi Yardım briqadamız planlı və təcili hallarda qeyd olunan ünvana zamanında gələrək,operativ şəkildə lazimi diaqnostik və müalicəvi tədbirləri müasir protokollara uyğun həyata keçirəcək.

Daha ətraflı məlumat üçün Mərkəzimizin *0101 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Leyla Medical Center
Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group