Qızılca xəstəliyinin diaqnostikasında Qızılca İgG və İgM testi

 Qızılca son dərəcə yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə ötürülür. Virus əsasən tənəffüs yollarının selikli qişasını və udlağın arxa divarını yoluxdurur.

Simptomları:
- yüksək hərarət,
- quru öskürək,
- qızarmış gözlər,
- işığa həssaslıq,
- burun axması,
- boğaz ağrısı,
- ağızın selikli qişasında xırda ağ ləkələr və adətən üzdən başlayan gövdə və ayaqlara yayılan səpgilər.

Əksər insanlar bir neçə həftə ərzində sağalır, lakin təxminən 20%-də qulaq infeksiyaları, bronxit, pnevmoniya, ishal, ensefalit və korluq kimi ağırlaşmalar inkişaf edir.
İmmun sisteminin patologiyası və ya A vitamini çatışmazlığı olan insanlarda, eləcə də yaxşı qidalanmayanlarda xəstələnmə riski daha yüksəkdir. Hamilə qadınlar üçün qızılca düşük və ya vaxtından əvvəl doğuş üçün təhlükəlidir.

Qızılca virusu zamanı infeksiyaya cavab olaraq, orqanizm iki növ spesifik immunoqlobulin sintez edir: IgM və IgG.
Əvvəlcə IgM sintez olunur. İgM səviyyəsi bir neçə gün ərzində maksimuma yüksəlir və sonrakı həftələrdə tədricən azalmağa başlayır.
IgG sintezi bir az gec, infeksiyadan 2-4 həftə sonra başlayır, lakin onların konsentrasiyası bir neçə onilliklər ərzində davam edərək təkrar infeksiyaya qarşı qorunma təmin edir.
İgG peyvənddən sonra da aşkar edilir, buna görə də qızılca virusuna qarşı immunitetin göstəricisi kimi təyin edə bilərlər.

Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group