Melazma üzdə əmələ gələn tünd rəngli, simmetrik ləkələrdir. Bu ləkələr üzdə aşağıdakı hallarda əmələ gəlir:
- hamiləlik zamanı
- günəş şüalarının təsirindən
- hamiləlik əleyhinə kontraseptivlər qəbul edildikdə
Melazma alında, yanaqlarda, çənədə, burunda əmələ gələ bilir. Melazmanın əmələ gəlməsində aşağıdaıların rolu vardır:
* Genetik faktor
* Hormonal dəyişikliklər
* Orqanizmin ultrabənövşəyi şüalara olan həssaslığı
* Keyfiyyətsiz kosmetik vasitələr və s.