Maskadan düzgün istifadə edək!

Milyonlarla insanın mübarizə apardığı əsrin bəlalı virusu – karonavirusdan qorunmaq üçün müxtəlif tövsiyyələr var. Gigiyena qaydalarına əməl etməklə yanaşı, tibbi masklardan istifadə olunur. Təəssüflər olsun ki, bir çoxumuz maskanın istifadə qaydalarını bilmirik. Tibbi maskalar cərrahi və respirator olmaqla iki cürdür. Cərrahi maskaların müddəti 2-3 saatdır.Respirator maskalar isə cərrahi maskalara nisbətən istifadə müddəti daha çoxdur. Amma bu maskaları da çıxardıqdan sonra təkrar istifadə etmək düzgün deyil.

Maskaları uzun müddət taxmaq tənəffüs sistemində problem yarada bilər.

Tibbi maskalardan istifadə qaydasına gəlincə:

  • Maskanı taxmadan öncə, əllərinizi sabun və su ilə yuyun və ya spirt ilə dezinfeksiya edin.
  • Maskanın ağız və burnu tam olaraq örtdüyünə, üzünüzlə maska arasında boşluğun olmadığına əmin olun.
  • Maskanı istifadə edərkən ona toxunmayın.
  • Əgər toxunsanız əllərinizi sabun və su ilə yuyun və ya spirt ilə dezinfeksiya edin.
  • Maska islanarsa təzəsi ilə dəyişin.
  • Maskanın ön hissəsinə toxunmadan arxa tərəfdən çıxarmaq lazımdır.
  • Dərhal paketə qoyaraq atdıqdan sonra əlləri sabun və su ilə yuyun və ya spirt ilə dezinfeksiya edin.