Klinikadan Musavat.com-a verilən məlumatda bildirilib ki, randevu sistemi "Leyla Medical Center" tərəfindən tənzimlənmir:
"Bildirmək istəyirik ki, ölkəmizdə "COVID-19" infeksiyası əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq peyvəndlənmə prosesi davam edir. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilib. Xidməti daha əlçatan etmək məqsədilə digər özəl klinikalarla yanaşı, "Leyla Medical Center" də özəl klinika olaraq vaksinasiya proqramına qoşulub. 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş randevu.its.gov.az saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada randevu götürür.
Bildirmək istəyirik ki, Randevu sistemi TƏBİB tərəfindən tənzimlənir. Biz ancaq peyvəndlənmə prosesini həyata keçiririk.
Nəzərə alsaq ki, yeni gətirilən "Pfizer" Avropanın qəbul elədiyi vaksindir. Ona görə vətəndaşlarımız da hamısı bu vaksin üçün müraciət edir. Vaksinin saxlanılması, daşınması və vurulması xüsusi qaydaları əsasında aparıldığı üçün, buna da müəyyən vaxt sərf olunur.
Həmçinin, Leyla Medical Centerdə digər xidmətlərdə yanaşı və peyvənd olunan vətəndaşlarımızın da peyvənd öncəsi həkim müayinəsi aparılır. Bütün bunlar müəyyən vaxt ərzində icra olunur.
Bir daha bildirmək istəyirik ki, randevu sistemi Leyla Medical Center tərəfindən tənzimlənmir. Ona görə də vətəndaşlardan da xahiş edirik ki, bunu anlayışla qarşılasınlar. Biz "Leyla Medical Center" olaraq vətəndaşlarımıza daim xidmət göstərməklə böyük zövq alırıq. Vətəndaşlarımızın rahatlığı və məmnuniyyəti hər zaman bizim üçün vacib məsələdir. Öhdəmizə götürdüyümüz bütün tapşırıqlara çox məsuliyyətlə yanaşırıq. Bu bizim peşə borcumuzdur".