Diş qıcamaları və ya dişləri bir-birinə sürtmək tibbi dildə “Bruksizm” adlanır. Diş qıcama uşaqlar arasında geniş yayılmışdır və hər 10 uşaqdan 3-də görülə bilər. Bu hal təkcə gecələr deyil, həm də gündüzlər qeyri-iradi olaraq müşahidə oluna bilər. Hər nə qədər müxtəlif səbəbləri olsa da daha çox stres hallarında rast gəlinir.
Bundan başqa ağız içində dişlərlə əlaqədar problemlərdə (plomb düzgün qoyulmadıqda, çürüklərdə, diş iltihabında və s) də görülə bilər.
Diş qıcamaları çənə oynağının və diş saxlayıcı aparatın yüklənməsi, çeynəmə əzələlərinin zədələnməsi və s. kimi neqativ hallara səbəb ola bilər.
Çox nadir hallarda reflü də diş qıcamasına səbəb ola bilər.
Risk faktorları arasında siqaret tüstüsünə məruz qalma, uşağın məktəb və ya baxcada keçirdiyi gərginlik də var.
Övladınızın Dişqıcamasını “qurdu var” miflərinə bağlamadan, həkiminizə müraciət edin…
Leyla Medical Center-Pediatriya
Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group