"İntertek Azeri LTD" MMC tərəfindən Mərkəzimizdə keçirilən Beynəlxalq Standarta uyğunluq üzrə audit nəticəsində ISO 9001:2015 sertifikatına layiq görüldük❗
21 illik fəaliyyətimiz çərçivəsində əsas məqsədimiz əhalinin sağlamlığının yaxşılaşdırılmaq, səhiyyə sisteminin inkişafına və bu sahəyə olan etimadın daha da gücləndirilməsinə dəstək olmaqdır. Eyni zamanda, reproduktiv sağlamlıq strateqiyasını yaxşılaşdırmaqla yanaşı, Azərbaycan səhiyyəsində prioritet sahələr üzrə yeni innovasiyaları və müalicə metodlarını tətbiq etmək, ən son tibbi texnologiyalardan istifadə etməklə sağlamlıq sektorunda marka yaratmaq, qazandığımız uğurları dünya səhiyyə sisteminə inteqrasiya etmək, yerli və xarici vətəndaşlara yüksək səviyyədə diaqnostik və müalicə xidmətləri göstərməkdir.