Hamiləyəm, ilk hansı müayinədən keçməliyəm?

Hamiləlik qadın yumurta hüceyrəsinin kişi yumurta hüceyrəsi (spermatozoid) ilə uşaqlıq borusunda birləşməsindən - mayalanmadan başlayır. Ümumilikdə 280 gün,yəni 40 həftə davam edir, hesablaması isə ay deyil, həftə ilə ölçülür.

🔸HAMİLƏLİKDƏ ƏN VACİB ANALİZ VƏ MÜAYİNƏLƏR:

İlkin olaraq ultrasəs müayinəsində uşaqlıq daxilindəki hamiləlik təsdiq edilməli, embrionun ürək döyüntüsü eşidilməlidir.

  • 6-8 həftədə: Qan təzyiqi, ananın çəkisi ölçülür, qanın ümumi analizi, qan qrupu, Rh, tiroid testləri, qanda hepatit B, hepatit C, sifilis, HİV testləri, TORCH paneli, sidiyin ümumi analizi, uşaqlıq yolundan yaxma analizi yoxlanılır. Analizlərin nəticəsi həkiminiz tərəfindən qiymətləndirilir.
  • 11-14 həftədə: USM-də ənsə qalınlığına, burun sümüyünə baxılır, xromosom anomaliyalarının olub olmaması araşdırılır.
  • 15-20 həftədə: Ananın təzyiqi, çəkisi ölçülür, hamilənin şikayətlərinə uyğun lazimi analizlər götürülür.
  • 20-22 həftədə: Dölün dopplerometrik müayinəsi aparılır. Bu zaman dölün bütün daxili orqanlarına baxılır, inkişaf qüsurunun olub olmaması araşdırılır.
  • 24-28 həftədə: Qanın ümumi analizi, qlükoza yükləmə testi aparılır. 28-ci həftədə əgər ana Rhezus mənfidirsə rezus uyğunsuzluğa qarşı immunoglobulin iynəsi vurulur .
    28-ci həftədən etibarən NST (nonstresstest) və ya pasiyent risk qrupundadırsa KTQ (kardiotokoqrafiya) adlandırılan müayinə-dölün ürək döyüntülərinin izlənməsi aparılır, risk qrupu deyilsə 34-cü həftədə yoxlanılır.Müayinəyə əsasən biz fetusun vəziyyətini dəyərləndirə bilər, ona qida və oksigen çatmamazlığını vaxtında aşkarlaya bilərik. Hamiləliyin son trimestrində (son üçaylığında) hamilələr daha diqqətli olmalı, arterial təzyiqə, çəkiyə nəzarət etməlidirlər.
  • 32-36 həftəsində aparılan USM uşağın çəkisini, dölyanı mayenin miqdarını, ciftin yerləşməsini, uşaqlıq boynunun uzunluğunu, öndə gələn hissəni dəqiqləşdirməyə imkan verecək.

21 illik təcrübəyə malik “Ana və Uşaq” mərkəzimiz ilə Sizin sağlamlığınız-bizim dəyərimizdir!