Hamiləlik zamanı COVID-19 virusundan necə qorunmalı?

Hamilə qadınlar da bu xəstəliyi ya yüngül, ya da orta ağır vəziyyətdə - öskürək, qızdırma, təngənəfəslik, baş ağrısı və iybilmə hissinin itməsi əlamətlərinin müşayiətilə keçirir və sağalırlar...

Bu əlamətlərin müşahidə edildiyi hamilə qadınlar xəstəxanada həkim nəzarəti altında olmalıdırlar.

"Qızdırma verən ağır xəstəliklərdə vaxtından əvvəl doğuma gətirib çıxara bilər"

Ancaq onu da qeyd edək ki, koronavirusla bağlı tənəffüs problemi olan qadınlarda körpənin yarımçıq doğulması yox, "Qeysər kəsiyi" adlı cərrahi müdaxilə vasitəsilə erkən doğum halları müşahidə edilə bilər.

Koronavirusa yoluxan hamilə qadınlarda erkən doğum riskinin artmasıyla bağlı dəlillər yoxdur.

Virus hamilə qadından körpəyə keçə bilərmi❓
Bəli, keçə bilər. Bir neçə belə hala rast gəlinib, ancaq körpələrin vəziyyəti yaxşı olub və onların xəstəxanadan çıxarılmasına icazə verilib.

Hamiləsinizsə və virusa yoluxduğunuzu düşünürsünüzsə, nə etməlisiniz❓
Soyuqlama və ya buna bənzər əlamətlər hiss edirsinizsə, yeddi gün boyu evdən çıxmayın.

Müntəzəm müayinələr üçün həkim qəbuluna yazılmısınızsa, klinikaya və ya həkiminizə vəziyyətiniz barədə məlumat verin.
Ancaq vəziyyətiniz ağırlaşsa, səhiyyə müəssisələriylə əlaqə saxlamalısınız❗