Günəş şüalarının təsiri nəticəsində həm qadınlarda, həm də kişilərdə dəridə ləkələr yaranır. Ən çox üz dərisində yaranan ləkələr əsasən yay fəslində meydana çıxır. Ləkələrin yaranmaması, eləcə də mövcud olan ləkələrin daha da yayılmaması və dərinləşməməsi üçün yayda daha diqqətli olmaq lazımdır.
Günəş şüalarının təsiri nəticəsində dəridə yaranan piqment ləkələri - melazma ən çox qadınları narahat edən problemdir. Bu ləkələr ən çox üz dərisində kəpənənəkvari olaraq yayılır.Ən çox alında, üzün yan hissələrində, yanaqlarda, burun ətrafında olur. Qadınlarda üzdə olan ləkələr adətən ya hamiləliklə bağlı, ya da Günəş ləkəsidir. Hər ikisində genetik meyillilik üstünlük təşkil edir.
Ləkələr ilk öncə düzgün müayinə olunmalı,dərinin hansı qatında olduğu müəyyən edilməli, müalicə üsulları da buna uyğun seçilməlidir. Vəziyyətdən asılı olaraq krem və ya dərman-iynə müalicələri təyin olunur.
Belə ləkələr zamanı edilən ən böyük yanlış evdə tədbirlərin görülməsidir:
- Ləkələrə limon suyu çəkmək,
- Bitki müalicələri etmək,
- Aptekdən həkim təyinatı olmadan alınan dərmanl
- Təyinatsız pilinqlərin edilməsi və s.
Bədənində ləkə olan hər kəs günəşli mühitdə,həkiminin təyinatı ilə mütləq Günəşdən qoruyucu kremdən istifadə etməlidir.
Dəri və kosmetoloji problemlərinizlə bağlı Mərkəzimizin peşəkar Dermatokosmetoloquna müraciət edə bilərsiniz.