Disfaqiya nədir?

Udma, çeynəmə, sorma, əmmə pozuntuları disfaqiya adlanır. Əmmə problemlərinə qidanın qəbulu, çeynənilməsi, sorulması və udulması daxildir. Məsələn, uşaq qidanı qəbul etməyi, yəni əgər bərk qidadırsa, onu dişləməyi və ya əzilmiş haldadırsa, onu ağzına qoymağa etiraz etməsi və ya mayedirsə udmağı bacarmamağı deməkdir. Yaxud da körpənin süd əmdiyi zaman ananın döşünü götürdükdə ağzını tam bağlaya bilməməsi, dodaqları açıq saxlaması və bununla da süd əmmədə çətinlik olması və s. Bu zaman uşaqlarda əmmə pozuntusu da ola bilər.

Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group