Burun daxildə orta divar (burun çəpəri və ya septum) vasitəsi ilə 2 hissəyə ayrılmışdır. Normalda sağ və sol burun keçəcəklərinin eni, uzunluğu və həcmi eyni olarsa o burun sağlam burun hesab olunur. Burun çəpəri, yəni orta divarın hər hansı səbəbdən əyilməsinə septum deviasiyası və ya burun çəpəri əyriliyi deyilir. Burun çəpəri əyriliyi burun tənəffüsünü pozan ən önəmli və ən çox yayılmış səbəblərdəndir. Bu xəstəliyin müalicəsi cərrahidir. Septoplastika (burun çəpəri əyriliyinin düzəldilməsi) ümumi anesteziya ilə 30-50 dəqiqə çəkən əməliyyatdır. Əməliyyat sonrası burunda olan silikon splintlər (tamponlar) 5-7ci günlərdə xaric edilir və burun tənəffüsü tam bərpa olur. Əməliyyat sonrası tam reabilitasiya dövrü 20-30 gündür.
Burun çəpəri əyriliyi zamanı hansı şikayətlər ortaya çıxır?
- Tək və ya ikitərəfli burun tıxanıqlığı
- Tez tez burun qanaxmaları
- Səs dəyişməsi və burunda danışma halları (davamlı qrip olmuş kimi burnunda danışma)
- Burun-udlağa axıntı
- Üz və başda ağrılar
- Tez tez sinusit halları
- Gecələr boğulma,apnoe
- Tez yorulma,tənginəfəslik və s.