Aşılama (İnseminasiya) daha asan və fizioloji prosesə daha yaxın bir müalicə növüdür, yumurtalıqlar stimulyasiya olunur, follikul müəyyən ölçülərə qədər böyüdülür, ovulyasiya olduqdan sonra və uşaqlıq daxilinə həyat yoldaşının xüsusi işləmdən keçirilmiş spermasi xüsusi kateterle yeridilir. Kişi cinsi hüceyrəsi -spermatozoid ilə qadın cinsi hüceyrəsi-yumurta hüceyrənin mayalanması uşaqlıq borusunda baş verir.
Süni mayalanma müalicəsİndə -İn Vitro fertilization -yəni kişi cinsi hüceyrəsi ilə qadın cinsi hüceyrəsinin mayalanması qadın orqanizmdən kənarda baş verir. Müəyyən ölçüyə çatmış follikullar qısa müddətli anesteziya altında yumurta hüceyrələri əldə etmək məqsədi ilə punksiya olunur (OPU), laboratoriya şəratində kişi cinsi hüceyrələri( spermatazoid) qadın cinsi hüceyrə ilə (yumurta hüceyrələr) bir araya gətirilir, mikroinyeksiya üsulu ilə spermatozoid mikroskop altında yumurtanın içinə yeridilir və mayalanma izləm altında aparılır. Döllənən yumurta bölünmə mərhələsində olarkən(blastosist) uşaqlıq daxilinə yeridilir(Embriotransfer).
Burdan anlaşılır ki, Aşılama zamanı döllənmə orqanizm qadın orqanizmi daxilində, süni mayalandırma zamanı isə qadın orqanizmindən kənarda gedir.
21 illik təcrübəyə malik Qafqazın ilk “Ana və Uşaq” mərkəzi olaraq, peşəkar komandamızla daim yaxınınızdayıq!