Piylənmə yalnız çox yemək deyil. Bir çox tibbi-endokrin xəstəliklər səbəbindən də inkişaf edə bilər. Əsas səbəb araşdırılmadıqca arıqlamaq mümkün olmaya bilər. Artıq çəkinin idarə edilməsi çoxsahəli bir yanaşma ilə həll edilə bilər.
Günümüzdə piylənmə müalicəsində bir çox tibbi seçim mövcuddur.
Piylənmənin qarşısını almaq üçün nə etmək lazımdır? Nə kimi tövsiyələriniz var?
🔸İlk növbədə düzgün həkim-Endokrinoloq seçimi edin
🔸Sağlam qidalanma qaydalarına düzgün riayət edin,bununla bağlı @eatwelsy sizə dəstək olacaq
🔸Gündə ən az 30 dəqiqə fiziki aktivliklə məşğul olun
🔸İnternetdə gördüyünüz hər hansı məlumatlara yox, əsaslandırılmış tibbi məlumatlara inanın
🔸Sağlamlığınızın qeydinə qalaraq, mütəmadi olaraq tibbi müayinələrdən, "Chek-up" müayinələrdən keçin və s.
Piylənmənin səbəbi altda yatan hormonal pozğunluqdursa bu problem aradan qalxmadıqca, sağlam şəkildə çəki vermək mümkün olmaya bilər!
Artıq çəki və ya piylənmə ilə bağlı mütləq şəkildə ilk öncə Endokrinoloq mütəxissislərə müraciət etməyiniz tövsiyyə olunur.