20 Noyabr tarixində Beynəlxalq Pediatrlar Günü münasibətilə Mərkəzimizin Pediatrlarını təbrik etdik.

Səmərəli fəaliyyətinə, kiçik pasiyentlərə sevgi və qayğı ilə yanaşmasına, tibb sahəsində etdiyi yeniliklərə və müəssisəyə göstərdiyi loyallığa görə Pediatrlarımıza təşəkkürnamə və kiçik hədiyyə təqdim etdik.
Tədbir Referans Medical Group daxilində fəaliyyət göstərən Leyla Medical Center-də həyata keçirilmişdir. Tədbirimizdən fotohesabatı təqdim edirik. Dəyərli Pediatrlarımız, iştirakınız üçün təşəkkürlər, bir daha Pediatrlar Gününüz Mübarək!