Katarakt, görmək qabiliyyətini bizə bəxş edən göz büllurun bulanması ilə bağlı xəstəlikdir. Ayrı sözlə, bu xəstəlik nəticəsində insan öz ətrafını sankı duman içində görür.
Kataraktanın meydana gəlməsinin ən əsas səbəbi yaşın artmasıdır.Yetkin yaşlarda saçlarımız necə ağarırsa, gözünün içindəki linzaların protein quruluşun da dəyişiklik büruzə verəcək və bulanıqlaşacaqdır.
Katarakt yaşlı insanlarda müşahidə olunan göz xəstəliyidir, lakin o habelə
1.yeni doğulmuş körpələrdə,
2.şəkər xəstəliyindən əziyyət çəkənlərdə,
3.göz nahiyəsində zədə alanlarda,
4.kortizon kimi dərman vasitələrindən uzun müddət istifadə edənlərdə müşahidə edilə bilər.
5.toksiki kimyəvi maddələr təsiri etdikdə
Katarkt xəstəliyinin əlamətləri;
1.görmənin gedərək zəifləməsi
2.gecə görməsinin zəifləməsi
3.işığa həssaslıqı
4.cüt görmə
5.mütaliə çətinliyi
6.solmuş, saralmış rənglər
7.dioptriya nömrəsindəki sürətli artımlar(mənfiya doğru )
Katarakt xəstəliyi eynək və dərman vasitələri ilə müalicə olunmur. Kataraktın sürətlə artmasının qarşısını ala bilən üsul mövcud deyil, yetişmiş kataraktdan qurtulmanın yeganə yolu yalnız cərrahi üsullardır. Müasir texnologiyalar sayəsində katarakt əməliyyatları ağrısız, iynəsiz və anesteziyasız keçirilir. Xəstə elə həmin gün evə buraxılır.
Fakoemulsifikasiya deyilən ən müasir katarakt cərrahiyyəsi növündə buynuz qişadan çox qısa bir kəsikdən göziçinə alətlə girilərək ultrason enerjisi ilə billur çox kiçik parçalara bölünərək vakumla çəkilir. Bu kiçik kəsikdən gözə uyğun linza yerləşdirildikdən sonra tikiş qoyulmadan əməlıyyat tamamlanır.Fakoemulsifikasiya üsulu, geniş bir kəsik olmadığı və qapalı sistemdə çalışıldığı üçün erkən dövrdə görmə səviyyəsini arttıran olduqca güvənli fəsadı çox az olan bir üsuldur. Əməliyyatdan sonra gözdən tikiş sökülmür. Cərrahiyədə standart olarraq yerli keyitmə istifadə olunur. Əməliyyat kataraktanızın növünə görə 5-10 dəqiqə çəkir.
Anadangəlmə katarakt
Anadangəlmə katarakt ananın hamilə dövründə keçirdiyi infeksiyalar, müalicə üçün qəbul etdiyi dərmanlar ilə əlaqədar və ya heç bir səbəblə bağlı olmayan halda yarana bilər. Görmək qabiliyyəti zəifdirsə, birtərəflidirsə, mütləq əməliyyat aparılmalıdır. Anadangəlmə kataraktın gözdə yaratdığı problem göz tənbəlliyidir (ambliopiyadır). Göz tənbəlliyinin qarşısını almaq üçün, həkim nəzarəti altında təcili əməliyyat aparılmaldıır.
Anadangəlmə katarakt körpənin göz büllurunun birtərəfli və ya ikitərəfli bulanması (dumanlanması) nəticəsində əmələ gəlir. Anadangəlmə kataraktlar ananın keçirdiyi infeksiya, hamiləlik dövründə qəbul etdiyi dərmanlar ilə bağlı, və ya heç bir əlaqəsi olmayan şəraitdə yarana bilər. Əgər anadangəlmə katarakt görmə qabiliyyətini zəiflədir, ələlxüsus əgər o birtərəflidirsə, müayinə edilən kimi mütləq əməliyyat aparılmalıdır. İxtisaslaşdırılmış oftalmoloq ətraflı müayinədən sonra bu əməliyyatın vaxtını təyin edir.