Avatar

Tibb elmləri doktoru, Professor, Op. Dr. Kənan Yusif-zadə

Ümumi Cərrah

Məlumat
Həkim məlumatı
Həkimin Adı:
Kənan
Həkimin Soyadı:
Yusif-zadə
Vəzifə:
Ümumi Cərrah
İxtisas:
Ümumi Cərrah
Şöbə:
Cərrahiyyə
Təhsil:
Tibb elmləri doktoru, Professor, Əməkdar həkim (MD, PhD, MBA, FACS)

✅ 1990-1996-cı illər Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika II fakültəsi;
✅ 1996-1998-ci Azərbaycan Tibb Universitetinin «Cərrahiyyə» ixtisası üzrə Klinik Ordinatura bölməsi;
✅ 1998-2004-cü illər Türkiyənin Ankara şəhərində, Qazi Universitetinin Tibb fakültəsinin “Ümumi Cərrahiyyə” kafedrasında Uzmanlıq (rezidentura) ixtisası üzrə təhsilini başa vurub;
✅ 2004-cü cü ildə Namizədlik dissertasiyasını müdafiə etmişdir;
✅ 2008-ci ildə ABŞ Klivlend Klinikasının Kolorektal Cərrahiyyə Departamenti – doktorantura;
✅ 2013-2015-ci illər Maastrixt İdarəetmə Məktəbi, MBA (Hollandiya)
✅ 2013-2016-cı illər ADA Universiteti, Executive MBA (Azərbaycan)
✅ 2016-cı il Azərbaycan Tibb Universitetində Tibb Üzrə Elmlər Doktoru dissertasiyasını müdafiə etmişdir.
Kurslar, Konfranslar:
Nəşrləri:
1 ixtiranın, 1 faydalı modelin, 5 kitabın: “Qastrointestinal Endoskopiya” (2011), “Cərrahi Endoskopiya” (2012), idarəetmə üzrə amazon.com saytında satışa çıxarılmaqla “Semi-Public Hospital Management” (2016), “Fundamentals of Civil defense and Medical Aid” (2017), “Hərbi-Tibbi Terminlərin İzahlı Lüğəti” (2018), “Gynaecologic and Obstetrical Surgery” (2005) kitabında 2 fəslin: “Ventral Abdominal Hernias” və “Malign and Benign diseases of breast”, 100-dən çox elmi məqalə və tezisin müəllifi, “Genel Cerrahi” (2002) kitabının həmmüəllifidir. “Clinical Case Report”, “Frontiers” kimi nəşrlərdə rəyçi, “Новости Хирургии” (Belarus) jurnalının redaksiya heyətinin və “Fujita Medical Journal” (Yaponiya) jurnalının Beynəlxalq Məşvərət Şurasının üzvidir.

Üzv olduğu cəmiyyətlər:

✅ Türk-Azərbaycan Endoskopik Cərrahlar Assosiasiyasının təsisçisi və sədri idi (2007-2018)
✅ “Hərbi Cərrahlar” İctimai Birliyinin təsisçisi və sədridir (2018)
✅ Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü (2018)
✅ Amerika Cərrahlar Kollegiyasının üzvü (FACS, 2016)
✅ Beynəlxalq Cərrahlar Cəmiyyəti (ISS, 2008),
✅ Amerika Qastrointestinal və Endoskopik Cərrahlar Cəmiyyəti (SAGES, 2009),
✅ Türkiyə Endoskopik və Laparoskopik Cərrahlar Dərnəyinin (2004),
✅ Avropa Böyrək Assosiasiyası (ERA-EDTA, 2007),
✅ Avropa Translüminal Cərrahiyyə Assosiasiyası (EATS, 2009),
✅ Rusiya Cərrah-Qastroenteroloqlar Cəmiyyətinin (2006),
✅ Rusiya Cərrahlar Cəmiyyətinin
✅ Türkiyə Döş Qəfəsi Cərrahiyyəsi Dərnəyinin həqiqi üzvüdür.
✅ Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumunun (APIMSF) 2017-2019-cu illər üzrə prezidenti seçilmişdir.

Bir çox Beynəlxalq konfrans və simpoziumların iştirakçısı (moderator və məruzəçi qismində). Onlardan yalnız bəziləri:

✅ Amerika Cərrahlar Kollecinin Klinik Konqresi (ABŞ, Vaşonqton, 2016-cı il).
✅ Qlobal Dünya Cərrahiyyəsi: Ədalətli Cərrahi Sistemlərə Doğru (BƏƏ, Dubai, 2016), Məruzəçi.
✅ Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumun (APIMSF) İllik Yığıncağı (Almaniya, Berlin, 2016-cı il). Burada K.Yusif-zadə APİMSF-in 2017-2019-cu illər üzrə Prezidenti seçilmişdir.
✅ 4-cü Türk Tibb Dünyasi Kongresi (Türkiyə, İstanbul, 2017).
✅ Beynəlxalq Cərrahiyyə Cəmiyyətinin (International Society of Surgery, ISS) 47-ci Ümumdünya Cərrahiyyə Konqresi (İsveçrə, Bazel, 2017)
✅ 13-cü Avro-Qlobal Qastroenterologiya Konfransı (İtaliya, Roma, 2018).
✅ 1-ci APİMSF Konqresi və APİMSF-in 30-cu Yubiley yığıncağı (Azərbaycan, Bakı, May, 2018). Prof. Dr. Kənan Yusif-zadə Konqresin Təşkilatçısı və Sədri.
✅ Cərrahiyyə üzrə 7-ci Beynəlxalq Konfrans və Sərgidə Məruzəçi qismində (21-23 iyun 2018-ci il, Dublin, İrlandiya).
✅ "Təbii fəlakət qurbanlarının idarə olunması" mövzusunda 8-ci Beynəlxalq Konfrans (Yunanıstan, Rodos adası, oktyabr, 2018). Fəxri qonaq və məruzəçi qismində.
✅ Gürcüstan Cərrahlar Assosiasiyası və Dünya Təcili Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə “Təcili Abdominal Cərrahiyyə-təcrübədən təlimatlara” Regional konfrans (Gürcüstan, Tbilisi, 20-21 oktyabr 2018-ci il).
✅ Cəbrayıl rayonu Cocuk Mərcanlı kəndində “Hərbi Cərrahlar” İctimai Birliyi və DSX hərbi hospitalı tərəfindən təşkil olunmuş “Hərbi səhra döyüş travması” Simpoziumu və Travma kursu (01-02 avqust 2019-cu il).
✅ 43-cü ICMM Ümumdünya Hərbi Tibb Konqresi (19-24 may 2019-cu il, Bazel İsveçrə). Məruzəçi.
✅ Elmi-praktik konfrans «Эндоваскулярные Решения при Хирургических Кровотечениях и Травмах» (7 iyun 2019, Rusiya, Sankt-Peterburq). Məruzəçi.
✅ Ümumdünya Cərrahiyə Konqresi (WCS 2019 Congress). Məruzəçi. (Polşa, Krakov, 11-15 Avqust, 2019).
✅ Qeyri-Damar Cərrahları üçün Təcili Damar Cərrahiyyəsində Bacarıq - Əsas Kurs (Competence in Emergency Vascular Surgery for Non-Vascular Surgeons - Basic Course). Almaniya Silahlı Qüvvələrinin Ulm Xəstəxanası, Mart, 2020.
✅ “Müharibə və Ağır Travmanın Cərrahiyyəsi” Ümumrusiya Elmi-Praktik Konfrans. Məruzəçi: “44-günlük Qarabağ Müharibəsində Kombinə Edilmiş Yaralanmaların Müalicəsi” mövzusunda. (Rusiya, Sankt-Peterburq, 14-15 Oktyabr, 2021-ci il).
✅ Virtual Cərrahiyyə Həftəsi – VSW 2021. Moderator və Məruzəçi (30 Avqust – 03 Sentyabr, 2021-ci il).
Müayinə və müalicə istiqamətləri:
Ümumi Cərrahiyyə, Qastroenterologiya və Cərrahi Endoskopiya, Süd vəzi və Endokrin Cərrahiyyə, Hepatopankreatobiliar Cərrahiyyə, Kolorektal Cərrahiyyə, Böyrək Transplantasiyası (2008-ci ildə onun rəhbərliyi altında böyrək transplantasiyası icra olunmuşdur), Təcili Tibbi Yardım və s.
Ümumi Cərrahiyyə, Qastroenterologiya və Cərrahi Endoskopiya, Süd vəzi və Endokrin Cərrahiyyə, Hepatopankreatobiliar Cərrahiyyə, Kolorektal Cərrahiyyə, Böyrək Transplantasiyası (2008-ci ildə onun rəhbərliyi altında böyrək transplantasiyası icra olunmuşdur), Təcili Tibbi Yardım və s.
✅ Mədə-bağırsaq xəstəliklərinin müayinə və müalicəsi
✅ Öd yolları və mədəaltı vəzin xəstəliklərinin müalicəsi və əməliyyatları
✅ Süd vəzi və endokrin cərrahiyyə
✅ Kolorektal cərrahiyyə
✅ Piylənmə xəstəliyində mədəyə qastrik ballonun yerləşdirilməsi
✅ Qida borusu xəstəliklərinin müayinə və müalicəsi, stentlərin qoyulması
✅ Bütün növ diaqnostik və invaziv endoskopik prosedurlar
✅ Açıq və laparoskopik cərrahi əməliyyatlar
✅ Tiroid vəzi əməliyyatı və s.
İş təcrübəsi:
✅ 2021-ci ildən etibarən “Leyla Medical Center”də fəaliyyət göstərir.
Pasiyent rəyləri