Tariximiz

Müasir Leyla Medical Center 1999-cu ildə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Leyla Şıxlinskaya Klinikasıdır. Klinikamız 2019-cu ildən Leyla Medical Center olaraq fəaliyyətini daha mütəşəkkil əsaslarla - yeni ad, daha geniş xidmət çeşidi, daha peşəkar həkimlərlə davam etdirir. Ən müasir tibbi texnologiyalarla təchiz olunmuş Leyla Medical Center qabaqcıl dünya təcrübəsindən istifadə edərək, pasiyentlərinin məmnuniyyətini daha da artırmaq üçün dayanmadan, dinamik heyətlə 24 saat fasiləsiz peşəkar tibbi xidmət göstərməkdədir. 

Klinikada pasiyentlərin inamını qorumaq və onların daimi məmnunluğunu təmin etmək məqsədilə Beynəlxalq Keyfiyyətə Nəzarət proqramları tətbiq olunur.

Əhalinin sağlamlığının yaxşılaşdırılmasına, Səhiyyə sisteminin inkişafına və bu sahəyə olan etimadın daha da gücləndirilməsinə dəstək olmaq prinsipinə sadiq qalaraq mərkəzdə davamlı yeni şöbələr yaradılır, daha da müasir avadanlıqların tətbiqinə başlanılır. Klinikanın vizyonu beynəlxalq standartlara cavab verən tibbi xidmətlər göstərməklə, ölkənin və regionun ən yaxşı tibb mərkəzlərindən birinə çevrilmək və bu estafeti daima qorumaqdır.

Daim korporativ əməkdaşlıqlara dəyər verən bir mərkəz olaraq Leyla Medical Center bir sıra yerli və xarici şirkətlərlə, eyni zamanda dövlət müəssisələri ilə əməkdaşlıqlarını genişləndirməkdədir.

Leyla Medical Center-də Sənaye Tibbi xidməti də digər şöbələrlə bərabər əhalinin sağlamlığı keşiyindədir. Son bir il ərzində bu sahənində inkişafı üçün mərkəzimizdə böyük addımlar atılıb. Təcili Tibbi Yardım Xidmətinin Beynəlxalq və yerli standartlara uyğun təşkili, kadrların daimi təlimatlandırılması, Vaksinasiya üzrə proqramların aparılması, müxtəlif müəssisələrdə Təcili Tibbi Yardım Məntəqələrinin yaradılması və idarə edilməsi üzrə aparılan bütün islahatlar, tətbiq edilən bütün yeniliklər bir başa olaraq peşəkar həkim kadrlarımızın nəzarəti altında aparılmaqdadır. Gündəlik olaraq artan pasiyent sayını nəzərə alaraq, pasiyentlərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə Leyla Medical Centerdə genişləndirilmə və təmir işləri aparılmaqdadır. Mərkəzin bütün diaqnostik və digər avadanlıqları, daha müasir və etibarlı cihazlarla əvəz edilməkdədir ki, bu da tibb mərkəzinin yeni ixtisaslar üzrə fəaliyyətini davam etdirməsi üçün ən vacib amillərdən biridir.

Mart ayından etibarən başlayan xüsusi karantin rejimi və pandemiya müddətində də Leyla Medical Centerdə virusun yayılma riskinin azalması məqsədilə bir sıra mühüm addımlar atılmış, dövlət tərəfindən başladılan sosial aksiyalara dəstək verilmişdir. Buna nümunə olaraq aprel ayında Leyla Medical Centerdə keçirilən könüllülü qanvermə askiyasını göstərmək olar. Aksiyada toplanan qanlar ilə yüzlərlə qan xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək ola bildik. Bunun isə ən böyük dəyəri bizə AR Birinci Vitse –Prezidenti Mehriban xanım Əliyevanın təşəkkürü oldu.