Uşaqların göz sağlamlığı

0-16 yaşlı uşaq və yeniyetmələrin gözlərini qorumaq üçün onlar:1 yaşında,məktəbə getməzdən əvvəl,
məktəbdə oxuyan zaman mütəmadi olaraq müayinədən keçməlidilər.
Lakin aşağıdakı əlamətlərdən hər hansı biri meydana çıxarsa, dərhal üşaq göz xəstəlikləri sahəsində ixtisaslşamış həkimə (pediatrik oftalmoloqa) müraciət etmək vacibdir.
Çəplik (strabismus)
Gözlərdə qızartı və ya gözlərin sulanması
Gözlərin titrəməsi
Adətən qara olan göz bəbəyinin ağ ləkələri və ya bulanıq rəngi
Daima əşyalara yaxından baxmaq
Başı bir tərəfə əyib seyr etmək
Tez-tez gözləri ovuşdurmaq
Vaxtından əvvəl doğuş
Nəsildə tənbəl göz müayinəsi
Nəsildə göz xəstəlikləri

UŞAQ GÖZ XƏSTƏLİKLƏRİ
Göz ifrazatı və qızartısı
Doğulan gündən ilk 15 gün ərzində körpənin gözlərində ifrazat və qızartı müşahidə oluna bilər. Belə hallarda ifrazatın başlanğıc günü, onun rəngi və təbiəti vacibdir. Müalicəni oftalmoloq başlamalıdır. 1-2 aydan sonra baş verən qızartı və ifrazat üçün xüsusi müalicə tələb olunmaya da bilər.

Əgər bu hal 1-2 gün davam edirsə, göz damcıları lazım ola bilər.
Göz qızartısı bəzən buynuz qişa ilə bağlı ola bilər. Əgər körpə gözünü qısır və ya onun gözü sulanırsa, oftalmoloqa müraciət etmək lazımdır.
Digər uşaq göz xəstəlikləri
Refraksiya xətaları
Göz qapağı xəstəlikləri
Katarakta
Buynuz qişa xəstəlikləri
Qlaukoma
Tor qişa və göz sinir xəstəlikləri
Retrolental Fibroplaziya (ROP)
Retrolental fibroplaziya, vaxtından tez doğulan körpələrə təsir edən ən vacib göz sağlamalığı problemlərindən biridir. Körpə gözlərinin damarları doğuşadək inkişaf edir. Vaxtından əvvəl doğulan körpələrdə bu inkişaf bitmədiyinə görə doğulduqdan sonra da davam edir.

Vaxtından əvvəl doğulan körpələri yaşatmaq üçün yüksək konsentrasiyalı oksigen, gözdəki damarların anormal inkişafına səbəb ola bilər.
Vaxtından əvvəl doğulan körpələrin göz müayinəsi artıq doğumdan sonra 4 cü həftəsində aparılmalıdır. Digər körpələrin göz müayinəsi 1 yaşında aparılır.