Erkən cinsi inkişafın zərərləri

Yeniyetməlik dövrünə keçid istənilən uşaqda fərdi xüsusiyyətlərə malik olsada , statistikaya əsasən qızlarda ortalama 8 yaşdan, oğlanlarda ortalama 9 yaşından başlayır. Bu yaşlardan öncə olan cinsi inkişaf isə vaxtından əvvəl cinsi yetişkənlik əlamətləri kimi qiymətləndirilir. Qızlarda əsasən süd vəzisinin böyüməsi, oğlanlarda testis həcminin artması vaxtindan əvvəl cinsi inkişafın ilk göstəriciləridir. Erkən cinsi yetişkənlik müalicə edilməzsə, qızın erkən menstruasiyasına və final boyun qısa qalmasına, ciddi psixososial problemlərə səbəb ola bilər. Artıq çəkili olan qız uşaqlarında süd vəzinin inkişafı yağ toxuması səbəbindən tam anlaşılmaya bilər.

Eyni zamanda vaxtında başlayan normal cinsi inkişaf öz tempidə deyil daha sürətli gedə bilər. Cox sürətli gedib erkən dövrdə yeniyetməlik tamamlana bilər lakin buda boyun final qısa qalmasına və psixoloji problemlərə səbəb ola bilər. Mümkün olduğu qədər, hər bir uşaq pubertat dövrünə keçid etməmişdən öncə yaxudda ən azından pubertatın (yəni yeniyetmənin) başlanğıcında pediatr endokrinoloq mütəxəssisi tərəfindən qiymətləndirilməli və zəruri hallarda nəzarət edilməlidir.

Əgər bu baş verməyibsə, hər bir yeniyetmənin ən azı bir dəfə pediatr endokrinoloq mütəxəssisi tərəfindən yeniyetməlik dövründə prosesin yaşına uyğun olub-olmamasını araşdırmaq üçün bir dəfədə olsa həkim müayinəsində olmalıdı. Beləliklə, gecikmələrin, müalicə şansının itirilməsinin və faydasının itirilməsinin qarşısı ala bilərik.