Hər bir sağlam insanda hemorroid kimi tanınan venoz kələflər mövcuddur. Anus bölgəsində yerləşən hemorroidlər normal halda anal dəliyin tam bağlanmasını təmin edir və bununla da kiçik bir sızıntıların belə qarşısını alırlar. Damara bənzər quruluşları varikoz genişlənməyə hər zaman açıqdır. Başda qəbizlik olmaqla həmin bölgədə qan dövranının pozulmasına səbəb olan amillər hemorroidal düyünlər böyüyə bilər və müəyyən şikayətlərə səbəb ola bilər.
Ən çox rast gələn şikayətlər isə ağrı,qanaxma və ələ gələn şişkinlikdir. Yerləşməyə görə daxili və xarici babasil növləri mövcuddur.
Düyünlərin ölçüsünə,xaricə çıxmasına və daxilə,yanı geriyə qayıtmasına görə isə 4 mərhələsi vardır. Birinci mərhələ hemorroy pəhriz və dərman preparatları vasitəsi ilə müalicə edilə bilər. Lakin mərhələ artdıqca, bu xəstəliyin cərrahi müdaxiləsiz sağalma şansı aşağı düşür.
Klassik hemorroy əməliyyatı hemorroidal düyünlərin tam çıxarılmasına əsaslanır. Effektiv əməliyyat olduğuna baxmayaraq, başda ağrı olmaqla bir sıra istənilməyən yan təsirləri vardır. Xəstəxanada bir müddət yatmaq şərtdir. Əməliyyatdan sonra ilk defekasiya çətin və ağrılıdır.
Hər zaman qanaxma riski vardır. Daha geniş toxuma xaric edildiyində darlıq və ya sızıntı kimi nəticə ola bilər. Bütün bu xoşagəlməz amilləri nəzərə almasaq, klassik əməliyyatlar çox gözəl nəticələr verir.
Son dövrlər cərrahiyyənin məqsədlərindən biri xəstəni və toxumaları daha az travmatizasiya etmək, xəstənin stasionarda qalma müddətini minimuma endirmək, erkən dönəmdə xəstənin normal sosial həyatına qayıtmaq imkanını təşkil etməkdir. Bütün bunları təmin etmək üçün tibbdə yeni texnologiyalar tədbiq edilməkdədir.
Bu texnologiyalardan biri də lazer texnologiyasıdır.
Lazer texnologiyası tibbdə bir çox sahələrdə tədbiq edilir. Lakin toplumumuzda əsl lazer texnologiyasını bəzi digər müalicə üsülları ilə tez-tez səhv salırlar. Bu günə qədər də klassik və ya digər yeni üsüllarla müalicə olunan xəstələr lazerlə əməliyyat olduğunu düşünür. Əsl lazer texnologiyası son zamanlarda dünyada hemorroy xəstəliyinin müalicəsində daha çox istifadə edilməyə başlanmışdır. Qısaca olaraq babasil xəstəliyində lazer texnologiyası ilə müalicənin müsbət və mənfi cəhətlərinə nəzər salaq.
Müsbət tərəfləri:
· Lazer ilə əməliyyat zamanı xəstəxanada qalmaq müddəti çox qısadır - xəstələr həmin gün evə buraxılır
· Prosedur və müvafiq olaraq anesteziya müddəti daha qısadır
· Əməliyyat zamanı və əməliyyatdan sonrakı dövrdə ağrı klassik əməliyyatdan fərqli olaraq qat – qat azdır
· Lazer istifadəsi əməliyyat zamanı qanaxma ehtimalını minimuma endirir
· Hemorroid ətrafındakı toxumalar zədələnmir ( bu xüsusiyyəti ilə bəzən lazer ilə səhv salınan infrared fotokoaqulyasiyadan fərqlənir)
· Ətraf toxumaların zədələnməməsi hesabına qeyri - iradi defekasiya aktı və sızıntılar kimi ağırlaşmaları olmur
· Yara sağalması daha sürətlidir
· Lazerin dalğa uzunluğu və gücü hər xəstəyə görə özəl olaraq tənzimlənir
Mənfi tərəfləri:
· Yeni texnologiya və ləvazimatlar olduğundan daha çox maddi sərfiyyat mövcuddur
· Xəstələr bəzən əməliyyatdan 1-2 həftə sonra həmin nahiyədə uyuşmə hiss edə bilərlər
Nəticə.
Hemorroy müalicəsində lazer texnologiyası geniş yayılmaqda və inkişaf etməkdədir. Elmi araşdırmalar bu üsülun çox yaxşı nəticələr verdiyini göstərir. Bununla, son zamanlar lazer texnologiyası inkişaf edərək, klassik əməliyyat növlərinə ciddi alternativ yerini almışdır.