Ümumdünya Hepatit Günü

Hər il 28 iyul "Ümumdünya Hepatit Günü" olaraq qeyd edilir. Bu gün dünyada hepatit viruslarına qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir. Dünyada 300 milyon insan xəbərsiz olaraq hepatit virusu ilə yaşayır. Bu səbəbdən profilaktik məqsədlərlə vaxtaşırı yoxlanılmanız və vaxtında check up olunmağınızı tövsiyə edirik.