Yenidoğulmuşların daban testi

Yenidoğulmuşların Metabolik Skrininq Testi (və ya Daban Testi, Topuq Testi) - heç bir kliniki əlaməti olmayan,lakin gec diaqnoz qoyulduqda müalicəsi çətin,qalıcı fəsadlara səbəb olan, metabolik və ya irsi xəstəlikləri zamanında təyin edən bir testdir.

Yenidoğulmuşların metabolik skrininqi körpə doğulduqdan 3-14 gün (doğuş həftəsinə görə) ərzində aparılır. Bu test üçün körpə dabanından bir neçə damcı qan götürülür və filtr kağızın üzərinə hopdurulur, qan quruduqdan sonra skrininq testi aparılır.

Skrininq testinin ilk iki həftədə aparılmasının məqsədi: 20-yə yaxın metabolik xəstəlik yenidoğulmuşun həyatının ilk 2 həftəsi ərzində geri dönüşü olmayan ağır fəsadlara və erkən ölümə səbəb ola bilər. Testin aparılmasının əsas məqsədi neonatal dövrdə metabolik xəstəliklərin aşkarlanması və körpədə bu səbəbdən yarana biləcək geri dönüşü olmayan fəsadların vaxtında qarşısının alınmasıdır. Hər hansı klinik əlamətdən asılı olmayaraq aparılan skrininq testi sağlam gələcəyimizin təminatı ola bilər.

Sizin sağlamlığınız- bizim dəyərimizdir!

Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group