Uşaqlarda və böyüklərdə ziyilların müalicəsi

Uşaqlarda ziyillər əsasən əl barmağının uclarında, dırnaq ətrafında və ayaqların altında yaranır. Eyni nahiyyələrdə ziyillər böyüklərdə də meydana gəlir.

Ziyilləri müalicəsi çox mürəkkəb bir prosesdir. Burada standart bir prosedur qaydası yoxdur. Ziyillərin müalicəsi xəstənin yaşından, ziyillərin sayından, klinik formasından, ölçüsündən, yerləşdiyi nahiyyədən və s. kimi parametrlərdən asılıdır. Ona görə ziyillərin ləğvi və üsulu xəstə müayinəsindən sonra seçilir. Ziyillərin ləğvi əsasən yandırılma üsulu ilə aparılır. Yandırılma üsulunun isə çox növü vardır.

🔸Kimyəvi maddələrlə yandırmaq yəni losionlar və məhlularla ziyillərin yandırılması əsasən uşaqlarda istifadə edilir.
🔸Böyüklərdə isə ziyillərin ləğvi maye azot və ya krioterapiya üsulu ilə aparılır.