Uşaqlarda dırnaq yemək vərdişi

Uşaq dırnaq yeyir deyə, onu danlamaq, ağlatmaq, qorxutmaq qətiyyən yolverilməzdir!

Övladınız dırnaq yeməyə başlayıbsa,ilk öncə həyatında hər hansı psixoloji gərginliyin olub-olmadığını aydınlaşdırın,vərdişin tərgidilməsi üçün səy göstərin,əgər alınmazsa mütləq həkimə müraciət edin.

Nə edə bilərik❓

  • Şərti gigiyena vərdişlərini uşaqlarınıza öyrədin,
  • Tez- tez əl yumaq vərdişi edinin,
  • Dırnaqlarını tez- tez kəsin,
  • Çiy meyvə və tərəvəzlərin yaxşı yuyulmadan yeyilməsinə icazə verməyin
  • Ətin yaxşı bişməməsinə ,içməli suyun təmizliyinə diqqət edin
  • Çirkli sularda çimilməməsinə, yalın ayaqla torpaqda gəzilməməsinə diqqət edin və s.

Dırnaq yemək vərdişi uşaqlarda çox kobud gigiyena pozğunluğu olduğu üçün parazitar xəstəliklər daxil olmaqla, mədə-bağırsaq infeksiyalarına da gətirib çıxara bilər.