Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş 17 iyun “Tibb işçilərinin Peşə Bayramı” günü münasibətilə Referans Medical Group əməkdaşlarının mükafatlandırma tədbiri keçirildi.

Tədbir 17 iyun The Ritz Carlton Hoteldə rəsmi hissə ilə başlayaraq, yekunda əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirmiş, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş əməkdaşlar “Təşəkkürnamə” və xüsusi hədiyyələrlə təltif edilmişdir.
Dəyərli Tibb işçilərimiz, özəl gününüzü bizimlə qeyd etdiyiniz üçün bir daha təşəkkür edirik.