Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan aksiya

25 aprel 2023-cü il tarixində Referans Medical Group olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə birlikdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin dəstəyi və təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Hər kəsə qayğı ilə” şüarı altında ödənişsiz tibbi müayinələr təşkil etdik.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sağlamlığının qorunması və tibbi təminatı hər zaman diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə müxtəlif sosial aksiyalar aparılır.

Bu dəfə təşkil olunan aksiya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsində və Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində cəza çəkən qadınlar, onların uşaqları və yetkinlik yaşına çatmayanları əhatə edirdi.

Bir gün davam edən aksiya daxilində Ginekoloq, Terapevt, Endokrinoloq, Qastroenteroloq, Nevroloq, Pediatr, Kardioloq, Dermatoloq, LOR ixtisasları üzrə həkim müayinələri, eyni zamanda Ultrasəs müayinəsi, Eşitmə müayinəsi, EXO-KQ və EKQ, laborator müayinələr aparıldı. Ümumilikdə məhkumların 90%-nə 500-dən çox tibbi xidmət göstərildi.

Aksiyanın keçirilməsində bizə dəstək olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə təşəkkür edirik!