PREMED Təlim Proqramı

Leyla Medical Center və Bakı Oxford Məktəbi arasında birgə əməkdaşlığa əsaslanan PREMED Təlim Proqramının hazırlıq mərhələsinin son günləridir.

11 Sentyabr tarixindən isə mərkəzimizdə daha bir maraqlı layihənin icrasına başlanılacaq. Belə ki, Leyla Medical Center ilə Bakı Oxford məktəbi arasında əməkdaşlığa əsaslanan bu layihənin əsas məqsədi, tibb təhsili almaq və gələcək karyerasını tibb sahəsində qurmaq arzusunda olan gənclərə bu sahələr üzrə ilkin bilikləin və məlumatların verilməsi, səhiyyə sahəsində maarifləndirilmələrindən ibarətdir.

Layihədə Bakı Oxford məktəbinin təhsildə fərqlənən 6 nəfər şagirdi iştirak edəcək. Layihə müddəti ərzində məktəblilərin klinikamız və onun ayrı-ayrı şöbələrinin iş prinsipləri ilə ilkin tanışlığı və beləliklə də gənclərə öz gələcək tibb təhsillərini məqsədyönlü və məlumatlı şəkildə seçimlərinə kömək olunması planlaşdırılır.

Layihədə iştirak edəcək şagirdlərə uğurlar arzu edirik!