LEYLA TRAINING CENTER

Mərkəzimiz Amerika Ürək Assosiasiyasının (AHA) akkreditasiyasını rəsmi olaraq 2022-ci il almış və bu barədə ikitərəfli müqavilə imzalanmışdır.

Bu işin ərsəyə gəlməsi sistematik auditlərdən sonra baş vermişdir.Biz cəmiyyətdə səhiyyə işçilərinə və səhiyyədən kənar insanlara Amerika Ürək Assosiasiyasının (AHA) Beynəlxalq sertifikatlaşdırılmış İlk Yardım, CPR, Əsas Həyat Dəstəyi (BLS) təlim kurslarını təmin edirik və AHA rəsmi Beynaxalq sertifikatını veririk.

Həmçinin mərkəzimiz müxtəlif təlim proqramları, seminarlar, simpoziumlar, görüşlər və digər əlaqəli tədbirlər keçirmək, Azərbaycan ictimaiyyətində müxtəlif səhiyyə işçilərinin peşə və təhsil bacarıqlarını davamlı təkmilləşdirmək üçün təşkil edilmişdir.

Təcrübəli İnstruktorlar:

Bizim instruktorlar keyfiyyətli İlk Yardım/CPR/BLS təhsilini keçirən təcrübəli, sertifikatlı İlk Yardım təlimi mütəxəssisləridir.

Təlimin İcmalı:

Əsas Həyat dəstəyi (BLS) - ürək dayanmasından sonra insanların həyatını xilas etmək üçün əsasdır. Bu instruktornan aparılan kurs xəstəxanadaxili və xəstəxanayaqədərki şəraitdə BLS bacarıqlarını öyrədən 1 günlük kursdur.