Körpələrə nə zaman su verilməlidir?

Ana südü körpəyə həm qidanı, həm də suyu əvəz edir, çünki südün 90%-i sudan təşkil olunub və həyatının ilk həftəsində maye balansını lazımi səviyyədə saxlaya bilir. Buna görə 3 ayına kimi körpəyə əlavə su verməyə ehtiyac yoxdur, əlavə su həkimin göstərişi olduğu halda verilməlidir. Təbii qidalanmadan fərqli olaraq süni qidalanma zamanı əlavə suya ehtiyac yarana bilir. Süni qidaların mürəkkəb zülal tərkibi bəzi hallarda qəbizlik yaradır və əlavə suyun verilməsi bağırsaqların asan boşalmasına kömək edir. Artıq 4 ayından etibarən su vermək olar ,suyun həcmi və verilmə qaydası önəmlidir. Su körpəyə iki qida arası verilməlidir. Hansı həcimdə verilməsi isə fərdi olaraq müəyyən edilir. Suya olan təlabat uşağın çəkisindən, yaşından, mövsümdən və yaşadığı regiondan asılıdır. Əlavə maye itkisi və ya əlavə mayeyə təlabat olduğu halda, yəni ilin isti mövsümündə , xəstəlik zamanı bədən hərarəti yüksəldikdə, ishal,qəbizlik olduqda su istənilən yaşda verilə bilər .

Əgər otağın temperaturu 25 C dərəcədən yüksəkdirsə və nəmliyi 50%-dən aşağıdırsa əlavə maye qəbuluna ehtiyac yaranır.

Körpənin istəyini hər zaman nəzərə almaq lazımdır, su təklif olunduqda körpə su içmək istəmirsə demək onun suya ehtiyacı yoxdur.

Sağlam körpəyə 30-100 ml su verilə bilər. Suyun temperaturu ilk öncə 35-36 C dərəcə olmalıdır,tədricən 1 yaşına kimi içilən suyun temperaturu otaq temperaturuna kimi salmaq olar.

Uşağa minerallaşmış,qaynadılmamış, neytral dadı olan və keyfiyyətinə əmin olduğunuz suyu verin . Əgər suyun təmiz olduğuna əmin deyilsinizsə,onu qaynatmaq vacibdir. Suyu şəkər ilə şirinləşdirmək tövsiyyə olunmur, cünki dişlərin formalaşmasına neqatif təsir göstərir.

Onu da qeyd edək ki, fizioloji sarılığı olan körpələrə sarılığın tez keçməsi üçün su vermək yalnış fikirdir . Sarılığı olan körpələrin düzgün qidalanması daha vacibdir.