Koronavirusa yoluxmuş ana süd verməni dayandırmalıdır?

COVID-19 virusuna yoluxmuşam. Körpəmi ana südü ilə qidalandıra bilərəm?

➖Mütləq. Ana südünün təmin etdiyi anticisimlər körpələrin sağlamlığını gücləndirir və onları bir çox infeksiyalara qarşı qoruyur.

COVID-19 virusunu ana südü vasitəsilə körpəmə ötürə bilərəmmi?

➖Bu günədək, aktiv COVID-19 virusunun ana südü və əmizdirmə vasitəsilə ötürülməsi halı aşkar edilməyib.

COVID-19 virusuna yoluxmuşamsa və ya bundan şübhələnirəmsə, ana südü ilə qidalandırmanı davam etdirməliyəmmi?

➖Bəli, müvafiq ehtiyat tədbirlərini görmək şərtilə, ana südü ilə qidalandırmanı davam etdirin. Bu ehtiyat tədbirlərinə maska taxmaq (varsa), körpənizə toxunmazdan əvvəl və sonra əllərinizi sabun və su ilə, yaxud spirt tərkibli antiseptik vasitə ilə yumaq, toxunduğunuz səthləri müntəzəm şəkildə təmizləmək və dezinfeksiya etmək daxildir.

Ana südü COVID-19 virusu zamanı bir şərtlə dayandırıla bilər ki, bu zaman ananın hərarəti yüksək olsun.