Hamiləlikdə ikili test

Xİkili test hamiləlikdə döldə ola biləcək xromosom anomaliyalarını araşdırmaq üçün edilən bir testdir.
İkili testin nəticəsinə əsasən, döldə Trisomiya 21 (Down sindromu) və Trisomiya 18 (Edwards sindromu) adlanan xromosom anomaliyalarının olma riski araşdırılır.
İkili test üçün 11-14 həftələr arası ən optimal vaxtdır.
Hamiləlikdə ikili test edilərkən, ilk əvvəl ultrasəs müayinəsi aparılır. Həmin gün içində ana namizəd ultrasəs nəticələri ilə birlikdə qan analizi verir.
Qanvermə prosesində əhəmiyyətli olan məqam, ultrasəsin edildiyi günlə eyni gündə baş verməsidir