Hamilə xanımlarda tiroid vəzi müayinəsi nə zaman aparılmalıdır?

Tiroid hormonları hamiləliyin gedişatına, dölün inkişafına və doğuşa böyük təsir edir. İlk 12 həftədə dölün tiroid vəzi (qalxanabənzər vəzi) olmadığından , döl tiroid hormon ehtiyacını anadan cift vasitəsilə alır. Hamilə qalmaq istəyən qadınlarda tiroid hormonları yoxlanılması önəmlidir. Hamiləlik planlayan qadınlarda TSH 2,5 mlU/l səviyyəsindən aşağı olmalıdır. Hamilədə tiroid hormon çatışmazlığı olarsa döl salma, ciftin qopması və erkən doğuş riski yüksəkdir, həmçinin doğulan körpənin əqli və fiziki inkişaf geriliyinə səbəb ola bilər . Buna görə hamiləlik planlayan və hamilə qadınlarda tiroid hormonlarına baxılmalıdır.