Elektroensefaloqrafiya və ya EEQ

Elektroensefaloqrafiya və ya EEQ — baş beyinin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. EEQ daha çox epilepsiya xəstəliyinin diaqnozunun qoyulmasında istifadə olunur. EEQ bəzi hallarda komalar, beyin ölümü, yuxu pozulmalarının, ensefalopatiyaların diaqnostikasında istifadə olunur. Rutin EEQ çəkilməsi 20-30 dəqiqə davam edir.

Mərkəzimiz bu xidməti sizin üçün daha da əlçatan edib. “Ünvanda Tibbi Xidmət” daxilində EEQ müayinəsi ilə 7/24 xidmətinizdəyik!