Bilirdinizmi?

Qadın sağlamlığı cox incə məfhumdur. Belə ki, ətraf mühitin ekoloji təsiri, psixoloji vəziyyət, dərman preparatlarının kontrolsuz təyini (əsasən də antibiotiklərin ) qadın sağlamlığını risk altına qoyur.

Bununla əlaqədər normal mikroflora da təzyiq altında qalır, patogenlik xüsusiyyəti əldə edir və onun "təmsilçiləri" bir çox xəstəliklərin törədicilərinə çevrilirlər. Cinsi orqanların müdafiə sistemləri isə zəifləyərək uregenital infeksiyaların hücumuna məruz qalırlar.

İltihabi xəstəliklərin inkişafına çox faktorlar təsir edir: infeksiyalar, soyuğun təsiri, abortlar, operativ və yaxud da diaqnostik məqsədlə aparılan manipulyasiyalar, cinsi həyatda gigiyena qaydalarına riayət etməmək, antibiotiklərlə qeyri adekvat müalicə və s.

Eləcə də uşaqlıqdaxili spirallar iltihabi xəstəliklər riskini 4-5 dəfəyədək artıra bilir. Bu göstərici düzgün istifadə olunmayan uşaqlıqyoludaxili tamponların istifadəsinə də aiddir.