Bariatrik və metabolik cərrahiyyə

Piylənməsi olan xəstələrin kilo vermələrinə kömək məqsədilə qida qəbulunun və ya qida sorulmasının, ya da hər ikisinin birdən azaldılması üçün həzm sisteminə cərrahi müdaxilə olumasına "piylənmə cərrahiyyəsi" ya da "bariatrik cərrahiyə" deyilir.

Bariatrik cərrahiyyə ilə müalicə olan xəstələrin kilo vermə sürətləri çox yüksəkdir, ancaq kilonun qorunması üçün pasiyentin həyat tərzini qalıcı olaraq dəyişdirməsi əməliyyatlardan sonrakı dövr üçün də olduqca əhəmiyyətlidir.

Bariatrik cərrahiyyə sahəsində əhəmiyyətli inkişaflar olmuşdur. Qapalı yəni laparoskopik üsulla edilən Bariatrik əməliyyatların sonrasında xəstə qısa zamanda yaxşılaşır və gündəlik həyatına asanlıqla geri dönə bilir. Əməliyyat prosesinin rahatlaşması və əməliyyat sonrası risklərin azalması piylənmənin müalicəsində cərrahi üsulların seçim edilmə nisbətini artırmışdır. Üstəlik müvəffəqiyyətli bir piylənmə cərrahiyyəsi sonrasında xəstənin yaşadığı piylənməyə qaynaqlanan sağlamlıq problemlərindən də xilas olması mümkündür.

Piylənmə; yuxu apnesi, yüksək təzyiq, tənəffüs pozğunluqları, depressiya, iqtidarsızlıq, insulin müqaviməti, xolesterol yüksəkliyi və iflic kimi xəstəliklərin meydana gəlməsinə səbəb olur!