Anesteziologiya şöbəmiz

Tibdə bir deyim var: "Xəstə cərraha bir orqanını etibar edirsə, anestezioloqa bütün həyatını, sağlamlığını etibar edir”. Cərrahın gördüyü işlər göz önündədir, anestezioloqlar isə gizli qəhrəmandır. Çünki bütün əməliyyat zamanı cərrahın öz işini rahat başa vurması da, xəstənin əməliyyat zamanı bütün sağlamlığından, əməliyyat sonrası ayılacağı müddətə qədər bütün məsuliyyəti anestezioloq daşıyır.

Anesteziologiya şöbəmizdə:

  • Anesteziya öncəsi xəstəyə baxış, məsləhət və hazırlıq;
  • Cərrahi, mama-ginekoloji, terapevtik və diaqnostik invaziv müdaxilələrdə ağrısızlaşdırma və ya keyləşdirmə;
  • Pasientin manitor nəzarəti, əməliyyat öncəsi hemostazların (qanaxmaların dayandırılması) aparılması, kritik şok, koma və s. kimi halların aradan qaldırılır;
  • Reanimasion və intensiv müalicə tədbirlərinin təşkili və icra edilir;
  • Tənəffüs çatışmazlığının qiymətləndirilməsi və onun süni tənəffüslə idarə edilməsi;
  • Müalicələrin keyfiyyətini və effektivliyini artırmaq məqsədilə fundamental elmi tədqiqatlar aparılır;