Amniosintez nədir? Nə üçün edilir?

Amniosintez hamiləliyin 16-20-ci həftələri arasında ananın qarnının münasib yerindən nazik bir iynə ilə dölün su kisəsinin içinə daxil olaraq dölün olduğu mühitdən 15-20 cc amnion mayesi götürülməsinə verilən addır. Amniosintez də eynilə xorion xovların biopsiyası (CVS) kimi ultrasonoqrafiya ilə birgə edilir. Əsasən amniosintezin edilmə səbəbi döldə xromosom pozğunluğu riskinin yüksək olduğu hallar və ya mümkün bir genetik xəstəliyin aşkar edilməsidir. Ən çox səbəblər üçlü, dördlü testin nəticəsinin yüksək çıxması, ailədə Daun Sindromu və ya başqa xromosom pozğunluğu olması və ya təfsilatlı ultrasonoqrafiyada xromosom pozğunluğunu düşündürəcək simptomların aşkar olunmasıdır.