8 Noyabr Zəfər Günü

Xalqımız müzəffər tarixi günlərə şahidlik edir! 27 Sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin əmri və bilavasitə rəhbərliyi ilə erməni qəsbkarlarının hücumlarına cavab olaraq şanlı Azərbaycan ordusu işğal olunmuş ərazilərimizdə əks-hücum əməliyyatları həyata keçirmişdir. Uğurlu döyüş əməliyyatları nəticəsində düşmən tərəfindən qurulmuş istehkam xətti yarılmış, ermənilərin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası darmadağın edilmiş, düşmən tapdağı altında qalmış tarixi Azərbaycan torpaqları işğaldan azad edilmişdir. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin və qazilərimizin qanı və canı bahasına azad edildi. Tariximizə yazılan 8 Noyabr Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik .Bugün Şəhidlərimizin ruhu şaddır!