Boy artımı bir uşağın sağlam olduğunun ən vacib göstəricisidir.

Sağlam böyümə üçün yetərli qida qəbulu, normal hormonal vəziyyət və yetərincə də sevgi mühiti olmalıdır.

Normal boy artımı uşağın yaşına və cinsinə uyğun böyümə diaqramında çəki və boy əyriliyinə əsasən təyin edilir. Cəmiyyətdə boy artımı standartları fərqlidir və boy artımı həmin cəmiyyətə uyğun normal boy artımı qrafikləri ilə dəyərləndirilir. Boy artımının ən sürətli dövrü, doğumdan etibarən bir yaşına keçən dövrdür. İlk 1 ildə körpənin boyu 24 sm-ə qədər uzanır, 1-2 yaş arası ortalama 12 sm artım olur. İrəliləyən illərdə 5-6 sm-ə qədər düşür.

Boyun ləngiməsinə təsir edən əsas səbəblər:

  • Uşaqda hər hansı xroniki xəstəliklərin olması
  • Qeyri-rasional birtərəfli qidalanma
  • Orqanizmdə qurd-parazitin olması
  • Fiziki hərəkətsizlik - hipodinamiya
  • Psixoloji travmalar
  • Boy hormonunun defisiti
  • İrsiyyət və s.

Uşağın boyunu artırmaq üçün nə etməli?

  • Düzgün balanslanmış qida
  • Fiziki aktivlik
  • Normal yuxu
  • Günəş şüaları, təmiz hava və s.