Beynəlxalq əlaqələrimiz

Mərkəzimiz geniş profilli klinika olmaqla, həm ölkə daxilində, həm də xarici ölkələrlə qarşılıqlı əlaqədə çalışır.

Beynəlxalq miqyasda, qabaqcıl tibbi xidmət verən xəstəxanalarla korporativ əlaqələri çərçivəsində Leyla Medical Center mütəmadi olaraq xarici həkimlərlə pasiyentlərinin həm birbaşa, həm də onlayn konsultasiyasını təmin edir. Müraciətlərdən asılı olaraq Türkiyə, Belarus, Almaniya, Baltikyanı və s. ölkələrlə əlaqə yaradır, klinikanın həkimləri müraciət edən xəstə ilə birlikdə dünya səviyyəli mütəxəssislərdən müalicənin istiqamətləndirilməsi və təşkili ilə bağlı məsləhət alırlar. Xarici mütəxəssis və yerli peşəkarların birgə əməkdaşlığı çərçivəsində əldə edilən təcrübə vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Ölkəmizdə xüsusi ixtisaslar üzrə müalicə ala bilməyib, Türkiyə və digər xarici ölkələrə müalicə üçün gedən pasiyentlərə dəstək olmaq məqsədilə “Referans Medical Group” və Türkiyənin ''Anadolu Sağlık Merkezi” arasında memorandum imzalandı.

Memoranduma əsasən, “Anadolu Sağlık Merkezi”nin mütəxəssisləri mütəmadi olaraq Azərbaycana dəvət olunaraq “Referans Medical Group” daxilində fəaliyyət göstərən klinikalarda pasiyent qəbulları həyata keçirəcəklər.

Covid-19 virusunun yayılmağa başladığı ilk andan görülən preventiv tədbirlər siyahısında istər yerli, istərsə də xarici həkimlərin onlayn konsultasiya xidmətinə keçməsi də ən uğurlu tibbi qəbul metodlardan hesab olunur. Referans Medical Group tərkibindəki klinikalar şəbəkəsi (LEYLA Medical Center, Referans Laboratoriya Mərkəzi, Referans Poliklinikası, LOR Hospital, Səyyar Tibbi Xidmət Qatarı) vasitəsilə bu xidməti həyata keçirir.

Ətraflı məlumat üçün *0101 çağrı mərkəzi və +994775930033 əlaqə nömrəsi xidmətinizdədir.