Bariatrik əməliyyat hansı çəkidə olan pasiyentlərə icra olunur?

Bariatrik əməliyyat Bədən Kütlə İndeksi (BKİ) 35-40 arasında olan şəxslər üçün icra oluna bilər. BKİ 40-dan yuxarı olarsa, dərhal əməliyyatın icrası tövsiyə olunur.

Əməliyyatdan əvvəl pasiyentin endokrinoloji və psixoloji probleminin olub-olmaması, pəhriz saxlayıb-saxlamaması araşdırılır. Əgər pasiyentdə başqa bir problem aşkarlanmırsa və təkcə piylənmədən əziyyət çəkirsə, bu zaman əməliyyat icra olunur.