Qovunun faydaları

Yay mövsümündə ən çox üstünlük verilən meyvə-tərəvəzlərdən biri də qovundur. Gəlin, onun orqanizmimizə faydalarını birlikdə öyrənək:

Qovun dərini təravətləndirir, böyrəkləri və qanı təmizləyir. Qovunda A vitamini, brom və yod daha çox olduğundan sinirləri sakitləşdirir, yuxu gətirir, qanı zəhərli maddələrdən təmizləyir və revmatik xəstəliklər zamanı faydalıdır. Qovun bağırsaqları yumşaldaraq qəbizliyi aradan qaldırır, qanı artırır, bədənə sərinlik gətirir. Acqarına yeyilən qovun mədə-bağırsağın fəaliyyətini gücləndirir, lakin təzyiqi yüksək olanlara qovun yemək məsləhət görülmür.