Heyvanın toxluq müddətini uzatmaq, saçları gücləndirmək, mədə-bağırsaq xəstəliklərindən qorumaq, dərini təravətli saxlamaq və.s faydaları var. 100 qram heyvanın cəmi 40 kalorisi var. Heyvanın yarpağında fenolun miqdarı çoxdur. Bu səbəbdən də heyva yarpağını qurudub qış aylarında çay kimi içmək çox faydalıdır. A və B vitaminləri ilə zəngindir. Şəkər miqdarı olduqca aşağı olan bu meyvə eyni zamanda insanı rahatlaşdırmaq və sakitləşdirmək xüsusiyyətinə malikdir.
- Arıqlamağa faydalıdır
- İmmunitet sistemini gücləndirir
- Saçların uzanmasına kömək edir
- Dərini təravətli saxlayır
- Xərçəng riskini azaldır
- Ürək-damar sağlamlığı
- Həzmə kömək edir
- Bağırsaq xəstəlikləri riskini azaldır
- Qan azlığına müsbət təsir edir
- Ağız qoxusunun qarşısını alır
- Gözlərə xeyirlidir
Bundan əlavə heyvanın özünü və tumunu qaynadıb suyunu içmək qadınlarda doğumu asanlaşdırır, iştahı açır, böyrək və sidik yolu iltihablanmalarının qarşısını alır.