Uşaq sağlamlıq mərkəzi

Leyla Medical Center-in “Uşaq sağlamlıq mərkəzi” peşəkar həkimlərimiz ilə 7 gün 24 saat, fasiləsiz tibbi xidmət göstərməkdədir!

Yeni doğulan körpələrə ən müasir avadanlıqlarla təchiz edilmiş şöbədə, xaricdə təhsil almış, təcrübəli Uzman Pediatr-Neonatoloqlar tərəfindən Beynəlxalq standartlara cavab verən ilkin neonatoloji xidmətlər, reanimasiya, intensiv terapiya, ikinci dərəcəli qulluq daxil geniş xidmətlər göstərilir.

Uşaq poliklinikasında sağlam uşaqların fiziki və psixiki inkişafının təqibi və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları həyata keçirilir.

Həkim-pediatr müayinəsi ilə bərabər ehtiyac olarsa, digər müxtəlif ixtisas həkimlərin (otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, ginekoloq və s.) müayinələri də təşkil olunur.

Xidmətlərimiz:

  • Ekstrim ağır və premature yenidoğulmaşların izləmi
  • İlkin reanimasion tədbirlər
  • Süni tənəffüs aparatı vasitəsi ilə ağciyərlərin ventilyasiyası
  • Surfaktantın yeridilməsi
  • Mərkəzi damarların (göbək arteriyası və venası) kateterizasiyası
  • Mübadilə qan köçürülməsi
  • Fototerapiya
  • Noninvanziv həyati əhəmiyyətli orqanların monitorinqi
  • Neonatal skrining testləri
  • Endokrin pozğunluğun təyini
  • Bütün növ ultrasəs müayinələri
  • Rentgenoqrafiya
  • Laborator testlər
  • Beynəlxalq standartlara uyğun təqvim üzrə bütün növ peyvəndlərin aparılması
  • Doğumdan sonra kontrol müayinələr və peyvəndlər və s.

Müalicə edilən xəstəliklər:

  • Yenidoğulmuşların problemləri
  • Uşaqlarda nefroloji xəstəliklər
  • Endokrin sistem xəstəlikləri
  • Qastrointestinal sistem xəstəlikləri
  • Uşaq acil xəstəlikləri
  • Sağlam uşaq inkişaf izlənməsi
  • Uşaq reanimasiyası
  • Uşaq allergik xəstəlikləri
  • Uşaq infeksion xəstəlikləri və s.

Ən dəyərlilərinizi bizə etibar etdiyiniz üçün sizə mərkəzimiz adından təşəkkür edirik!P